“Müharibəyə yox! Agenturaya yox” - Tbilisi küçələrində hakim partiyanın yeni təbliğat plakatları yapışdırılıb
sizinxeber.az xəbər saytı

“Müharibəyə yox! Agenturaya yox” - Tbilisi küçələrində hakim partiyanın yeni təbliğat plakatları yapışdırılıb


“Müharibəyə yox! Agenturaya yox” – Tbilisi küçələrində hakim “Gürcü Arzusu” partiyasının yeni təbliğat plakatları yapışdırılıb.

"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, lövhələrdə sözügedən şüarların fonunda müxalifət nümayəndələri nümayiş etdirilir.

Belə ki, lövhələrdə qırmızı fonla Gürcüstanın qərbpərəst partiyalarının liderlərinin fotoları yer alıb və onları zəncirdə saxlayan bir əl təsvir olunub.

Qeyd edək ki, bir neçə gün əvvəl hakim “Gürcü Arzusu” partiyası küçələrdə plakatlar asıb və videolar yayımlayıb, orada sabit Gürcüstanı və dağıdılmış Ukraynanı müqayisə edərək müxalifətin ölkəni bu yola sürüklədiyi vurğulanıb.

Oxşar xəbərlər

KİV: ABŞ “Gürcü Arzusu” partiyasının təsisçisinə qarşı sanksiyalar hazırlayır
Hakim partiya: Gürcüstan ərazi bütövlüyünün bərpasına hazırlaşmalıdır
Zurabişvili hakim partiyanı “gürcü kabusu” adlandırıb
İrakli Qaribaşvili Gürcüstan hakim partiyasının sədri seçilib
ABŞ Senatının rəsmisi: “Gürcü arzusu” Avropaya inteqrasiyadan uzaqlaşıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər