Rusiya və Türkmənistan 2025-ci ildə MDB-də həmsədr olacaqlar
2025-ci ildə Müstəqil Dövlətlər Birliyində Rusiya və Türkmənistan həmsədr olacaqlar, sonuncu gələcək sədr kimi, Aşqabadın artıq razılığı alınıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə MDB Dövlət Başçıları Şurasının iclasının yekunlarına dair MDB-nin baş katibi Sergey Lebedev məlumat verib.
“Dar formatda gələn il Müstəqil Dövlətlər Birliyində sədrlik barədə qərar qəbul edilib. Rusiya sədrliyi Tacikistan Respublikasına təhvil verir və yanvarın 1-dən Tacikistan Birliyin bütün ali orqanlarına sədrlik edəcək. Bu, Dövlət Başçıları Şurası, Hökumət Başçıları Şurası, Xarici İşlər Nazirləri Şurası, MDB-nin İqtisadi Şurasıdır. Diqqətəlayiq haldır ki, həmsədr qismində Rusiya Federasiyası keçmiş sədr kimi və Türkmənistan gələcək sədr kimi çıxış edəcəklər – biz artıq Türkmənistan rəhbərliyindən razılıq almışıq ki, onlar 2026-cı ildə sədrliyi qəbul etməyə hazırdırlar”, – Lebedev bildirib.
Oxşar xəbərlər
Lebedev: MDB Dövlət Başçıları Şurasının gündəliyinə 14 məsələ daxildir [xfgiven_updateblue][/xfgiven_updateblue]
MDB ölkələrinin DİN başçıları terrorizmlə mübarizəni müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türk Dövlətləri Rəqabət Şurası yaradılıb, qurumun növbəti iclası Şuşada keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
MDB hökumət başçıları noyabrda qarşılıqlı ticarətdə maneələrin aradan qaldırılmasını müzakirə edəcəklər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Putin: Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













