Qırğızıstan XİN: TDT-nin növbəti sammiti gələcək inteqrasiyaya xidmət edəcək
Bu il noyabrın 6-da keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) Bişkek sammiti türk ölkələri arasında inteqrasiya proseslərinin daha da inkişafına xidmət edəcək.
“Report” xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyinin (XİN) məlumatında bildirilib.
"Bu il Qırğızıstan Türk Dövlətləri Təşkilatına sədrliyi qəbul edəcək. Əminik ki, 6 noyabr 2024-cü ildə keçiriləcək TDT-nin Bişkek sammiti ölkələrimiz arasında inteqrasiya proseslərinin daha da inkişafına xidmət edəcək. Qırğızıstanın türkdilli dövlətlərlə münasibətləri qarşılıqlı etimad əsasında və xalqlarımızın maraqları naminə inkişaf edəcək", - məlumatda vurğulanıb.
XİN qeyd edib ki, ötən illər ərzində TDT formalaşma mərhələsindən keçərək tam hüquqlu beynəlxalq təşkilata çevrilib. O, tarixi, mədəni və dini ümumiliyə görə yüksək potensiala malik mühüm regional birlik olub.
"Qırğızıstan XİN Türk Dövlətləri Təşkilatının (TDT) üzv və müşahidəçi dövlətlərini əlamətdar tarix - TDT-nin yaradılması haqqında Naxçıvan sazişinin imzalanmasının 15 illiyi, həmçinin Türk Dövlətlərinin Əməkdaşlıq Günü münasibətilə təbrik edir", - məlumatda qeyd edilib.
Oxşar xəbərlər
Qırğızıstanda türk dövlətlərinin süni intellekt üzrə sammiti keçiriləcək
"ASAN xidmət" modelinin əsasında "ASAN ticarət" modeli yaradılacaq
Türkiyə XİN: "Dildə, Fikirdə, İşdə Birlik" şüarını gerçəkləşdirmək üçün Türk dövlətləri ilə çalışmağa davam edəcəyik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Trampın təhdidindən sonra İran nümayəndə heyəti danışıqları tərk etdi
-
Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
