Xamənei və Pezeşkian İsrailin Beyrutu bombalamasını pisləyib
İsrail Livan “Hizbullah”ının güclü strukturuna ciddi ziyan vura bilməyəcək qədər kiçikdir.
“Report” İRNA-ya istinadən xəbər verir ki, bunu İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei sentyabrın 27-də Beyrutun İsrail Hərbi Hava Qüvvələri tərəfindən bombalanmasına münasibət bildirərkən deyib.
Seyid Əli Xamenei Livandakı son hadisələrlə bağlı ismarışlar verərək deyib: “Livan xalqı bir zamanlar qəsbkar rejimin hərbçiləri ölkəni zəbt etdiyini unutmayıb. Beyruta qədər onların ayağını “Hizbullah” kəsmişdi”.
İran Prezidenti Məsud Pezeşkian da Beyruta son hücumlarla bağlı müraciətində İsrailin əməllərinə dünya birliyini cavab verməməkdə ittiham edib. O, beynəlxalq ictimaiyyəti, xüsusilə islam dövlətlərini bu əməlləri qətiyyətlə pisləməyə çağırıb.
Sentyabrın 27-də İsrail Hərbi Hava Qüvvələrinin Livan “Hizbullah”ının Beyrutdakı mərkəzi qərargahını bombalaması nəticəsində hərəkatın başçısı Həsən Nəsrullah və başqa yüksək vəzifəli şəxslərin öldüyünə dair məlumat yayılıb.
Xamənei və Pezeşkian ismarışlarında Həsən Nəsrullah və başqalarının adlarını çəkməyib.
Oxşar xəbərlər
Livan "Hizbullah"ının liderinin qızı bombardmanda ölüb
Xamənei Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb
İsrail Müdafiə Ordusu: Həsən Nəsrullah ölüb
İran İsrailin “Hizbullah”a hücumundan sonra tədbirlər görəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
