Livandakı partlayışda yaralananların sayı 2 min nəfərə çatıb - YENİLƏNİB-3
sizinxeber.az xəbər saytı

Livandakı partlayışda yaralananların sayı 2 min nəfərə çatıb - YENİLƏNİB-3


Livanın paytaxtı Beyrutun Dahiyə məhəlləsində "Hizbullah" tərəfindən istifadə edilən portativ rabitə qurğularının partlaması nəticəsində yaralananların sayı 2 min nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata görə, xəsarət alanlar arasında yüksək rütbəli hərbçilər də var.

Qeyd olunub ki, xilasetmə qüvvələri hələ də Livanın hər yerindən qurbanları təxliyə edir.

18:50

Livanın paytaxtı Beyrutun Dahiyə məhəlləsində "Hizbullah" tərəfindən istifadə edilən portativ rabitə qurğularının partlaması nəticəsində ölənlərin sayı 1 500-ə çatıb.

“Report” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində yaralanan İran səfiri Müctəba Əman xəstəxanaya yerləşdirilib. Onun durumu ağır deyil.

Livanın səhiyyə nazirinin səlahiyyətlərini icra edən Firas Abyad bildirib ki, ölkə xəstəxanaları qurbanlarla doludur: “Biz bütün tibb müəssisələrində yüksək hazırlıq elan etmişik, bir neçə yüz həkim səfərbər olunub”.

F.Abyad qeyd edib ki, yaralıları çatdırmaq üçün 50 təcili yardım maşını səfərbər olunub.

Onun sözlərinə görə, partlayışlar İsrailin təxribatı nəticəsində baş verib.

18:36

Livanın paytaxtı Beyrutun Dahiyə məhəlləsində baş verən partlayışda "Hizbullah"ın minə yaxın döyüşçüsü yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “Röyters” agentliyi məlumat yayıb.

Bildirilib ki, Livanda partlayan rabitə cihazları "Hizbullah"ın son aylarda əldə etdiyi modellərdəndir.

18:08

Livanın paytaxtı Beyrutun Dahiyə məhəlləsində "Hizbullah" tərəfindən istifadə edilən portativ rabitə qurğularının partlaması nəticəsində yüzlərlə döyüşçü yaralanıb.

"Report" xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb.

Bildirilib ki, qurğular Livanın cənubunda partlayıb. Məlumata görə, partlayış yarım saat davam edib.

Livan Səhiyyə Nazirliyi bütün ölkədə baş verən partlayışlardan sonra insanları rabitə cihazlarından uzaq durmağa çağırıb.

İddialara görə, rabitə qurğuları İsrail tərəfindən partladılıb. Hadisə ilə bağlı İsrail tərəfindən heç bir şərh verilməyib.

"Hizbullah" mənbələri bunu İsraillə təxminən bir ildir davam edən müharibədə ən ciddi təhlükəsizlik problemi kimi qiymətləndirib.

Beyrutdakı partlayışda İran səfiri Müctəba Əmani də yaralanıb.



Oxşar xəbərlər

Livandakı partlayışda yaralananların sayı 1 500-ə çatıb - YENİLƏNİB-2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Beyrutda partlayış olub, İran səfiri və "Hizbullah" döyüşçüləri yaralanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Beyrutdakı partlayışda İran səfiri yaralanıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail hökuməti Beyrutdakı partlayışa görə təcili toplanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Livanda partlayış nəticəsində 1000-dən çox insanın yaralandığı bildirilir - VİDEO - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər