Beyrutdakı partlayışda İran səfiri yaralanıb - YENİLƏNİB
İranın Livandakı səfiri rabitə qurğusunun partlamasından sonra yaralanıb.
APA xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Səfir Müctəba Əmaninin yüngül xəsarət aldığı və hazırda xəstəxanada müşahidə altında olduğu bildirilir.
***
18:15
Beyrutdakı partlayışda İran səfiri yaralanıb.
APA xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Xəbərə görə, İran İslam Respublikasının Livandakı səfiri Müctəba Əmani Beyrutda kiberhücum nəticəsində baş vermiş partlayış zamanı yaralanıb.
Qeyd edək ki, Beyrutun Dahiyə məhəlləsində Hizbullah əməliyyatçıları tərəfindən istifadə edilən portativ rabitə qurğularının partlaması nəticəsində yüzlərlə döyüşçü yaralanıb. Bu bardə “Reuters“ adı açıqlanmayan təhlükəsizlik mənbəsinə istinadən məlumat yayıb. Mənbə əlavə edir ki, qurğular Livanın cənubunda da partlayıb.
Livan Səhiyyə Nazirliyi bütün ölkədə baş verən partlayışlardan sonra insanları rabitə cihazlarından uzaq durmağa çağırıb.
İddialara görə, rabitə qurğuları İsrail tərəfindən partladılıb. Hadisə ilə bağlı İsrail tərəfindən heç bir şərh verilməyib.
Oxşar xəbərlər
Beyrutda partlayış olub, İran səfiri və "Hizbullah" döyüşçüləri yaralanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Livanda partlayış nəticəsində Hizbullahın yüzlərlə döyüşçüsü yaralanıb - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çin öz vətəndaşlarını Livanı tərk etməyə çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrailin Beyrutu bombardman etməsi nəticəsində azı 68 nəfər yaralanıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya səfiri: “3+3” platformasına üzv ölkələrin XİN başçıları ilə görüşün tarixi razılaşdırılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












