Livanda partlayış nəticəsində 1000-dən çox insanın yaralandığı bildirilir - VİDEO - YENİLƏNİB
1000-dən çox insan, o cümlədən Hizbullah döyüşçüləri Livanda ünsiyyət üçün istifadə etdikləri rabitə qurğularının partlaması nəticəsində yaralanıb.
APA xəbər verir ki, bu barədə “Reuters” təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.
Suriyada da partlayışların baş verdiyi və Hizbullah döyüşçülərinin yaralandığı bildirilir.
Adının açıqlanmasını istəməyən Hizbullah rəsmisi Livandakı partlayışların arxasında İsrailin dayandığını iddia edib.
O, partlayışların “cihazları hədəf alan təhlükəsizlik əməliyyatının nəticəsi" olduğunu deyib.
İsrail ordusu “Reuters”in partlayışlarla bağlı sorğularını şərh etməkdən imtina edib.
***
18:07
Beyrutun Dahiyə məhəlləsində Hizbullah əməliyyatçıları tərəfindən istifadə edilən portativ rabitə qurğularının partlaması nəticəsində yüzlərlə döyüşçü yaralanıb.
APA xəbər verir ki, “Reuters” adı açıqlanmayan təhlükəsizlik mənbəsinə istinadən məlumat yayıb.
Mənbə əlavə edir ki, qurğular Livanın cənubunda da partlayıb.
Livan Səhiyyə Nazirliyi bütün ölkədə baş verən partlayışlardan sonra insanları rabitə cihazlarından uzaq durmağa çağırıb.
İddialara görə, rabitə qurğuları İsrail tərəfindən partladılıb.
Hadisə ilə bağlı İsrail tərəfindən heç bir şərh verilməyib.
Oxşar xəbərlər
Beyrutdakı partlayışda İran səfiri yaralanıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Livanda partlayış nəticəsində Hizbullahın yüzlərlə döyüşçüsü yaralanıb - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Beyrutda partlayış olub, İran səfiri və "Hizbullah" döyüşçüləri yaralanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Livandakı partlayışda yaralananların sayı 1 500-ə çatıb - YENİLƏNİB-2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: "Hizbullah" qərargahını Beyrutdan köçürüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












