İranda prezident seçkisindən sonra 87 nəfər edam olunub
İranda keçirilən növbədənkənar prezident seçkisindən sonra ölkə həbsxanalarında azı 87 nəfər edam olunub.
“Sizinxeber.az” “Radiofarda”ya istinadən xəbər verir ki, bunu Norveçdə yerləşən İran İnsan Hüquqlarını Müdafiə Təşkilatının başçısı Mahmud Əmiri Müqəddəm bildirib.
Onun sözlərinə görə, Tehran hakimiyyəti İsraillə gərginliyə beynəlxalq diqqətdən sui-istifadə edərək məhbusların kütləvi qətllərini həyata keçirir: “Bununla da İranda boğucu mühit yaradır”.
M.Ə.Müqəddəm bildirib ki, beynəlxalq ictimaiyyəti bu məsələyə diqqət yetirməzsə, yüzlərlə insan İranın qətl maşınının qurbanı olacaq.
Qeyd edək ki, İranda növbədənkənar prezident seçkisinin birinci turu bu il iyunun 28-də, ikinci tur isə iyulun 5-də keçirilib.
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
