Estoniyaya aid patrul gəmisi Rusiya sərhədini pozub
sizinxeber.az xəbər saytı

Estoniyaya aid patrul gəmisi Rusiya sərhədini pozub


Estoniya Polis və Sərhəd Mühafizəsi Departamentinin patrul gəmisi texniki problemlər səbəbindən istəmədən Narva çayının Rusiyaya məxsus hissəsinə keçib, lakin heyət gəmini Estoniya akvatoriyasına qaytarmağı bacarıb.

"Report" xəbər verir ki, bu barədə quruma istinadən ERR milli teleradio yayım şirkətinin portalı məlumat yayıb.

Məlumata görə, Narva çayında, Narva-Yıesu ərazisində növbə çəkən patrul katerində texniki nasazlıq yaranıb. Bunun nəticəsində göyərtəsində üç heyət üzvü olan gəmi Rusiya ərazi sularına sürüklənib.

"Sərt külək səbəbindən hətta atılmış lövbərin köməyi ilə belə kateri yerində saxlamaq mümkün olmayıb", - deyə yerli hakimiyyət nümayəndəsi izah edib və hadisə barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Sərhəd Xidmətinə məlumat verildiyini dəqiqləşdirib.

Təxminən 15 dəqiqə sonra heyət gəmini yenidən akvatoriyanın Estoniya hissəsinə istiqamətləndirə bilib.

Oxşar xəbərlər

Estoniya Su-30 qırıcısı ilə bağlı insidentdən sonra Rusiya diplomatını çağırıb
Heyətində 14 nəfər olan balıqçı trauleri Cənubi Koreya sahilində batıb
Estoniya Rusiyayla sərhəddə dronlara qarşı sistemlər quraşdırmağı planlaşdırır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər