Dağıstan və Çeçenistanda genişmiqyaslı torpaq sürüşmələri baş verə bilər
Mart-aprel aylarında seldən zərər çəkmiş Rusiyanın Dağıstan və Çeçenistan regionlarında genişmiqyaslı torpaq sürüşmələri mümkündür.
"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) rəhbəri Aleksandr Kurenkov bildirib.
"Zərər çəkmiş regionlarda sürüşmə proseslərinin aktivləşməsi problemi kəskin şəkildə mövcuddur. Bu, qəza-bərpa işlərinin aparılması zamanı əlavə çətinliklər yaradır", - Kurenkov deyib.
28 mart və 4-5 aprel tarixlərində yağan güclü yağışlar Dağıstan və Çeçenistanda genişmiqyaslı sellərə səbəb olub. Hər iki regionda federal səviyyəli fövqəladə hal rejimi tətbiq edilib.
Son məlumatlara görə, Dağıstanda 9,8 mindən çox ev su altında qalıb. 7,1 mindən çox yaşayış evinin zədələndiyi müəyyən edilib. Dağıstanda daşqın nəticəsində altı nəfər ölüb, 6,2 mindən çox insan zərər çəkib.
Çeçenistanda yağışlar nəticəsində 3 mindən çox ev zədələnib.
Oxşar xəbərlər
Dağıstan və Çeçenistanda federal səviyyədə fövqəladə vəziyyət tətbiq edilib
Dağıstanda güclü yağışlardan sonra 500-dən çox ev su altında qalıb
Rusiya FHN: Dağıstanda 760-dan çox ev su altındadır
Dağıstanda regional xarakterli fövqəladə vəziyyət rejimi tətbiq olunub
Dağıstanda güclü yağışdan sonra 500-dən çox ev su altında qalıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
“Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günü keçirilib - FOTO
-
Venesuelada zəlzələdən sonra fövqəladə vəziyyət elan edilib
