Kobaxidze: Zurab Pataradzenin səfirliyi dövründə Azərbaycanla münasibətlər yeni mərhələyə yüksəlib
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Acarıstan Muxtar Respublikasının hökumət sədrliyinə namizəd Zurab Pataradzenin təqdimatı zamanı onun Azərbaycanla bağlı fəaliyyətinə xüsusi toxunub.
"Report"un yerli bürosu xəbər verir ki, Baş nazir bildirib ki, Zurab Pataradzenin Azərbaycan Respublikasında səfir kimi fəaliyyəti dövründə iki ölkə arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə yüksəlib.
Onun sözlərinə görə, bu prosesdə Pataradzenin şəxsi rolu mühüm əhəmiyyət kəsb edib.
"Zurab Pataradze seçilən diplomatdır. Xüsusilə onun Azərbaycan Respublikasında səfir kimi fəaliyyəti diqqətəlayiqdir. Məhz onun səfirliyi dövründə Gürcüstan-Azərbaycan münasibətləri yeni mərhələyə keçib və bu prosesdə onun xüsusi şəxsi töhfəsi olub", - deyə İrakli Kobaxidze vurğulayıb.
Qeyd edək ki, Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətləri son illərdə enerji, nəqliyyat və ticarət sahələrində genişlənməkdə davam edir.
Oxşar xəbərlər
Gürcüstan prezidenti Azərbaycandakı səfiri Acarıstan hökumətinin sədri vəzifəsinə namizəd irəli sürüb
Gürcüstan prezidenti Acarıstan hökumətinin sədri vəzifəsinə namizəd irəli sürüb
Bakıdakı səfir Acarıstanın sədri ola bilər
İrakli Kobaxidze: Gürcüstan Azərbaycanla ticarəti genişləndirməyə hazırdır
İrakli Kobaxidze: ABŞ ilə strateji tərəfdaşlığı bərpa etməyə tam açığıq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
I Böyük Qayıdış Proqramı nə vaxt yekunlaşacaq?
-
Qrossi: BƏƏ-dəki AES-ə hücum kütləvi radiasiya yayılmasına səbəb ola bilər
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
Zakir Həsənov Yaşar Gülərlə görüşdü - Foto
