Bakıdakı səfir Acarıstanın sədri ola bilər » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
23 
apr
2026
21:36
ff

Bakıdakı səfir Acarıstanın sədri ola bilər

23 apr, 2026
21:36
808

Bakıdakı səfir Acarıstanın sədri ola bilər

Gürcüstan Prezidenti Mixail Kavelaşvili Acarıstan Muxtar Respublikası hökumətinin sədri vəzifəsinə Zurab Pataradzenin namizədliyini irəli sürüb.

Axar.az Report-a istinadən xəbər verir ki, prezident bu barədə keçirdiyi brifinqdə məlumat verib.

O bildirib ki, namizədlik təsdiq üçün Acarıstan Muxtar Respublikasının Ali Şurasına təqdim olunub.

Qərarın siyasi qurumlarla məsləhətləşmələr və Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə birgə qəbul edildiyi qeyd olunub.

Dövlət başçısı vurğulayıb ki, Zurab Pataradze uzun illər dövlət qulluğunda və diplomatik xidmətdə çalışaraq Gürcüstanın maraqlarını beynəlxalq səviyyədə uğurla təmsil edib və fövqəladə və səlahiyyətli səfir rütbəsinə malikdir. Pataradze 2016–2018-ci illərdə də Acarıstan Muxtar Respublikasının hökumət sədri vəzifəsini icra edib və həmin dövrdə regionda bir sıra mühüm layihələrin həyata keçirilməsi ilə yadda qalıb.

Qeyd edək ki, Zurab Pataradze Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiridir.

Eyni zamanda, Kavelaşvili indiyədək bu vəzifəni icra edən Sulxan Tamazaşviliyə fəaliyyətinə görə təşəkkür edib və yeni vəzifəsində uğurlar arzulayıb.

Baş nazir İrakli Kobaxidze Sulxan Tamazaşvilini Gürcüstanın daxili işlər naziri təyin edib.

Bizimlə əlaqə saxlayın

×
×