Müctəba Xamenei: İranlıların birliyi ABŞ-ni sarsıdıb
sizinxeber.az xəbər saytı

Müctəba Xamenei: İranlıların birliyi ABŞ-ni sarsıdıb


İranlılar arasındakı həmrəylik ABŞ-ni sarsıdıb.

"Report" xəbər verir ki, bunu İranın ali rəhbəri Müctəba Xamenei "X" sosial şəbəkə hesabında yazıb.

"Həmvətənlər arasında yaranmış heyrətamiz birlik nəticəsində düşməndə sarsıntı əmələ gəlib", - o bildirib və əlavə edib ki, xalqın birliyi daha da möhkəmlənəcək.

M. Xameneinin sözlərinə görə, ABŞ-nin informasiya savaşı iranlıların milli ruhunu hədəf alıb və həmrəyliyə xələl gətirmək məqsədi daşıyır.

Qeyd edək ki, aprelin 23-də İran Prezidenti Məsud Pezeşkian, parlamentin sədri Məhəmmədbaqer Qalibaf və məhkəmə hakimiyyətinin rəhbəri Qulamhüseyn Möhsüni-Ejei də oxşar motivli paylaşımlar ediblər.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb və bir sıra şəhərlərə aviazərbələr endirib. Həmin gün zərbələr nəticəsində İranın Ali lideri Əli Xamenei öldürülüb. Buna cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.

İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər.

Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar keçirilib. Uzunmüddətli müzakirələr razılaşma əldə olunmadan başa çatıb.

Tehrana təzyiq vasitəsi kimi ABŞ İran limanlarının və Hörmüz boğazından keçidin blokadaya alındığını bildirib. Öz növbəsində İran Hörmüzün artıq Fars körfəzi ölkələrinə gedən gəmilər üçün blokadaya alındığını bəyan edib. Regiondakı vəziyyət dünya enerji böhranına səbəb olub.

Oxşar xəbərlər

KİV: Müctəba Xamenei ABŞ ilə danışıqlara razılıq verib
İsmayıl Bəqai BƏƏ-də iranlıların həbsinə münasibət bildirib
İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi müzakirə olunub
Tramp: İranla razılaşma bu gün axşam imzalanacaq
Əraqçi: Yeni ali lider Müctəba Xamenei sağlam, aldığı xəsarətlər də yüngüldür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər