Mixeil Kavelaşvili Astanada keçiriləcək ekoloji sammitdə iştirak edəcək
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Astanada keçiriləcək ekoloji sammitdə iştirak edəcək.
Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, Mixeil Kavelaşvili aprelin 22-də Astanada keçiriləcək regional ekoloji sammitə qatılacaq.
Məlumata görə, Gürcüstan Prezidentinin sammitin plenar iclasında çıxışı planlaşdırılır. Birləşmiş Millətlər Təşkilatı ilə tərəfdaşlıq çərçivəsində keçirilən forumda iqlim dəyişikliyi ilə bağlı çağırışlar və bu sahədə koordinasiyalı səylərin vacibliyi müzakirə olunacaq.
Sammitdə müxtəlif ölkələrin liderləri bir araya gələcək. Tədbirdə Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan, Monqolustan və Ermənistan prezidentləri, eləcə də Azərbaycanın Baş naziri Əli Əsədov iştirak edəcək. Forumda həmçinin dənizə çıxışı olmayan ölkələr üçün əlaqəlilik məsələlərinə xüsusi diqqət yetiriləcək.
Prezident Mixeil Kavelaşvili Qazaxıstana rəsmi nümayəndə heyəti ilə səfər edib. Nümayəndə heyətinə Davit Sonqulaşvili, Prezident Administrasiyasının rəhbəri Ketevan Kvinikadze və xarici işlər nazirinin müavini Aleksandre Xvtisiaşvili daxildir.
Oxşar xəbərlər
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Türkiyəyə rəsmi səfərə gedib
Mixeil Kavelaşvili: Gürcüstan həmişə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin güclü tərəfdarı olub
Bu gün Mixeil Kavelaşvilinin andiçmə mərasimi keçiriləcək
Mixeil Kavelaşvili Bakıda şəhidlərin xatirəsini anıb
Mixeil Kavelaşvili: Gürcüstanın öz dəyərlərindən imtina edərək Aİ-yə daxil olmasının mənası yoxdur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
