Tokayev: Qazaxıstan və Türkiyə kəskin regional məsələlərin həllində mühüm rol oynaya bilər
sizinxeber.az xəbər saytı

Tokayev: Qazaxıstan və Türkiyə kəskin regional məsələlərin həllində mühüm rol oynaya bilər


Qazaxıstan və Türkiyə kəskin regional məsələlərin həllində mühüm rol oynaya bilər.

"Sizinxeber.az" xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu gün Türkiyədə keçirilən Antalya Diplomatik Forumunda bildirib.

"Qardaşım, görkəmli lider Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Türkiyə regionumuzda aparıcı rola malikdir. Hesab edirəm ki, Qazaxıstan və Türkiyə, təəssüf ki, regionumuzda zaman-zaman yaranan ən kəskin məsələlərin həllində əhəmiyyətli rol oynaya bilər", - o bildirib.

Tokayev Türkiyə Prezidentinin mayın 14-də Qazaxıstana dövlət səfəri edəcəyini gözlədiyini qeyd edib.

Bundan başqa, o bildirib ki, müasir beynəlxalq çağırışların mürəkkəbliyinə baxmayaraq, onlar region dövlətlərinin birgə səylərini və koordinasiyasını tələb edir.

Oxşar xəbərlər

Qazaxıstan Prezidenti BMT-də islahata ehtiyacı olduğunu bildirib
Tokayev Qırğızıstana dövlət səfəri edəcək
Qazaxıstan Prezidenti Türkiyəyə rəsmi səfər edəcək
Tokayev Antalya Diplomatiya Forumunda iştirakını təsdiqləyib
Ankarada Tokayev və Ərdoğan arasında rəsmi görüş başlayıb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər