Rumıniyanın XİN rəhbəri yaxın zamanda Ermənistana səfər edəcək
sizinxeber.az xəbər saytı

Rumıniyanın XİN rəhbəri yaxın zamanda Ermənistana səfər edəcək


Rumıniyanın xarici işlər naziri Oana-Silvia Toiu yaxın zamanda Ermənistana səfər edəcək.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan rumıniyalı həmkarı ilə telefon danışığının yekunlarına dair "X" sosial şəbəkəsində etdiyi paylaşımda bildirib.

"Rumıniyalı həmkarımla telefon danışığında biz Ermənistan və Avropa İttifaqı arasında tərəfdaşlığın dərinləşdirilməsinə yönəlmiş təşəbbüsləri, eləcə də ikitərəfli gündəliyimizin genişləndirilməsini müzakirə etdik. Hər ikimiz iqtisadi və nəqliyyat əlaqələrinin gücləndirilməsinə xüsusi əhəmiyyət veririk. Yaxın zamanda sizi İrəvanda salamlamaq imkanını səbirsizliklə gözləyirəm", - Mirzoyan paylaşımında bildirib.

Oxşar xəbərlər

İran xarici işlər naziri Ermənistana səfər edəcək
Ararat Mirzoyan Brüsselə işgüzar səfər edəcək
Lavrov yaxın zamanda Ermənistana səfər edəcək
Ermənistanın XİN başçısı bu gün Hindistana rəsmi səfər edəcək
Mirzoyan və Kallas Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər