Türkiyə Ordusunun arsenalına yeni nəsil "Fırtına-2" haubitsaları verilib
sizinxeber.az xəbər saytı

Türkiyə Ordusunun arsenalına yeni nəsil "Fırtına-2" haubitsaları verilib


Türkiyə Silahlı Qüvvələrinin arsenalına yeni nəsil "Fırtına-2" haubitsaları qəbul edilib.

"Sizinxeber.az" "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sözügedən haubitsalar yoxlama və qəbul prosedurları başa çatdıqdan sonra inventara əlavə edilib.

Bundan başqa, "Akıncı" hücum pilotsuz uçuş aparatları (PUA) da ordunun arsenalına verilib.

Həmçinin qeyd edilib ki, Rusiya-Ukrayna münaqişəsi və ABŞ ilə İsrailin İrana hücumundan sonra Türkiyə Ordusunda komando briqadalarının sayının artırılması üçün işlərə başlanılıb.

"Yaradılacaq yeni komando briqadalarının müasir şəkildə, mövcud təhdid qiymətləndirmələrinə və əməliyyat konsepsiyalarına uyğun olaraq, mövcud təşkilati strukturlardan fərqli şəkildə qurulması planlaşdırılır", - məlumatda qeyd olunub.

Oxşar xəbərlər

Nazir Azərbaycan Ordusunun arsenalına daxil edilən yeni silahlardan danışıb
DPA: Almaniya İranla münaqişənin ilk həftələrində İsrailə silah ixracını təsdiqləyib
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb
JF-17C təyyarələri Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalına daxil edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər