Türkiyədə məktəblərdə polis nəzarəti gücləndirilib
sizinxeber.az xəbər saytı

Türkiyədə məktəblərdə polis nəzarəti gücləndirilib


Türkiyənin Şanlıurfa və Kahramanmaraş bölgələrində məktəblərdə son iki gündə baş verən silahlı insidentlərdən sonra ölkənin təhsil müəssisələrində nəzarət gücləndirilib.

"Report" TRT Haber-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər və Milli Təhsil nazirlikləri qərar qəbul edib.

Qərara əsasən, hər məktəbdə ən azı iki polis əməkdaşı xidmətə cəlb olunub.

Həmçinin dərs saatları ərzində müəllim və şagirdlərin təhlükəsizliyi üçün zərurət yarandıqda əlavə qüvvələrin də əraziyə cəlb ediləcəyi bildirilib.

Xatırladaq ki, aprelin 14-də Şanlıurfanın Siverek rayonundakı liseyə silahlı hücum zamanı 1 nəfər ölüb, 16 nəfər yaralanıb. Aprelin 15-də isə Kahramanmaraşda məktəbdə silahlı hücum zamanı 9 nəfər ölüb, 13 nəfər yaralanıb.

Oxşar xəbərlər

Türkiyədə son iki gündə məktəblərdə baş verən silahlı hücumlarla bağlı 83 nəfər saxlanılıb
"A Haber": Türkiyədə məktəbdə baş verən atışmada müəllimə uşaqları qoruyan zamanı həlak olub
Türkiyədə liseyə silahlı hücum olub, 16 nəfər yaralanıb, hadisəni törədən özünü öldürüb - YENİLƏNİB
Türkiyədə daha bir məktəbə silahlı hücum olub, 6 nəfər yaralanıb, ölən var - YENİLƏNİB
Türkiyədə məktəbə silahlı hücum olub, 7 şagird yaralanıb, girov götürülənlər var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər