Ərdoğan: Məktəbə silahlı hücumdan reytinq üçün istifadə edilməməsi vicdan borcdur
sizinxeber.az xəbər saytı

Ərdoğan: Məktəbə silahlı hücumdan reytinq üçün istifadə edilməməsi vicdan borcdur


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda məktəbə silahlı hücumla bağlı ölən müəllim və şagirdlərin ailələrinə başsağlığı verib.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin rəsmi sosial şəbəkə hesablarında məlumat paylaşılıb.

Ərdoğan vurğulayıb ki, hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır:

"Millət olaraq hamımızı kədərləndirən hücumdan siyasi polemika və reytinq üçün vasitə kimi istifadə edilməməsi mənəviyyat və vicdan borcdur.

Vəziyyətin həssaslığını nəzərə alaraq, cəmiyyətin bütün təbəqələrindən, xüsusən də mətbuatdan diqqətli olmağı xahiş edirəm" - Prezident bildirib.

Qey edək ki, Türkiyənin Kahramanmaraş şəhərində məktəbə silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

Oxşar xəbərlər

Türkiyədə məktəbə silahlı hücum olub, 4 nəfər ölüb - YENİLƏNİB-1
Türkiyədə məktəbə silahlı hücum olub, 9 nəfər ölüb, 20 yaralı var - YENİLƏNİB-4
Türkiyədə məktəbə silahlı hücum olub, 4 nəfər ölüb, 20 yaralı var, hücum edən özünü də öldürüb - YENİLƏNİB-3
Mustafa Çiftçi: Məktəbə silahlı hücum nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB-5
Türkiyədə daha bir məktəbə silahlı hücum olub, 6 nəfər yaralanıb, ölən var - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər