Ərdoğan: Türkiyə ABŞ ilə İran arasında atəşkəsin uzadılması üçün təkliflər verir
sizinxeber.az xəbər saytı

Ərdoğan: Türkiyə ABŞ ilə İran arasında atəşkəsin uzadılması üçün təkliflər verir


Türkiyə ABŞ-İran müharibəsi fonunda əldə olunan atəşkəsin uzadılması üçün təklif və təşəbbüslər irəli sürür.

"Report" xəbər verir ki, bunu AK Partiyanın Böyük Millət Məclisi (TBMM) qrup toplantısında çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, Pakistanın ev sahibliyi ilə baş tutan ABŞ-İran danışıqlarında gözlənilən nəticə əldə edilməyib, Hörmüz boğazında gərginlik daha da artıb.

Ərdoğan əlavə edib ki, İkinci Dünya müharibəsinin qalibləri tərəfindən qurulan qlobal sistem dağılır.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Ötən gecə, təxminən, hərbi əməliyyatların 40-cı günündə Pakistanın vasitəçiliyi ilə ABŞ və İsrail arasında atəşkəs razılaşması elan olunub. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif aprelin 10-da hər iki ölkənin nümayəndə heyətini İslamabadda sülh danışıqları aparmağa dəvət edib.

Oxşar xəbərlər

Azərbaycan XİN ABŞ ilə İran arasında elan olunmuş atəşkəsi alqışlayır
Ərdoğan və Şərif ABŞ ilə İran arasında atəşkəsin əldə olunmasını müzakirə edib
Ərdoğan ABŞ və İran arasında əldə olunmuş atəşkəsi alqışlayıb
"Al-Jazeera": ABŞ-nin blokadasından sonra Hörmüz boğazından üçüncü gəmi keçib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər