Rusiyada terror xarakterli cinayətlərinin sayı rekord həddə çatıb
Bu ilin 6 ayı ərzində Rusiyada terror xarakterli 1,6 mindən çox cinayət törədilib. Bu, son 18 ilin eyni dövrləri ilə müqayisədə ən yüksək göstəricidir.
“Report” xəbər verir ki, bu barədə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin materiallarında deyilir.
Belə ki, 2024-cü ilin yanvar-iyun aylarında terror xarakterli 1651 cinayət qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 38,4% çoxdur.
Nazirliyin məlumatına görə, 2006-2023-cü illərdə bu rəqəm 1,4 min cinayətə belə çatmayıb. Ən yüksək rəqəmlər 2022 və 2016-cı illərdə qeydə alınıb, yanvar-iyun aylarında müvafiq olaraq 1332 və 1313 terror cinayəti törədilib.
Son 6 ildə ekstremist xarakterli cinayətlərin sayı rekord həddə çatıb. Bu ilin yanvar-iyun aylarında onlardan 819-u qeydə alınıb. Halbuki, 2018-ci ildən bu rəqəm 800-ə çatmayıb.
Oxşar xəbərlər
Bu il Azərbaycanda doğulan üçəm və dördəmlərin sayı açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Almaniyanın daxili dövlət borcu ötən il rekord həddə çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Salyanda boşanmaların sayı azalıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
DGK: Bu il Azərbaycana gətirilən hidrid avtomobillərinin ümumi dəyəri 67 % artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ermənistanda ölənlərin sayı çoxalıb, doğulanların sayı isə azalıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












