Bu il Azərbaycanda doğulan üçəm və dördəmlərin sayı açıqlanıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
15 
dek
2023
13:40

Bu il Azərbaycanda doğulan üçəm və dördəmlərin sayı açıqlanıb

15 dek, 2023
13:40
1 115

Bu il Azərbaycanda doğulan üçəm və dördəmlərin sayı açıqlanıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 2 854 əkiz, 123 üçəm, 4 dördəm uşaq doğulub.

"Report" xəbər verir ki, Dövlət Statistika Komitəsinin açıqlamasında qeyd olunub.

Məlumata görə, 2023-cü ilin yanvar-oktyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 94 671 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 12,3-dən 11,2-yə düşüb.

Doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olub.

Bizimlə əlaqə saxlayın