Ermənistanı Antalyada ADF2026-da Vahan Kostanyan təmsil edəcək
sizinxeber.az xəbər saytı

Ermənistanı Antalyada ADF2026-da Vahan Kostanyan təmsil edəcək


Aprelin 17-19-da keçiriləcək IV Antalya Diplomatiya Forumunda (ADF2026) Ermənistanı xarici işlər nazirinin müavini Vahan Kostanyan təmsil edəcək.

"Sizinxeber.az" Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə tədbirin təşkilatçıları bildirib.

Məlumata görə, forumun rəsmi saytında iştirakçılar arasında Kostanyanın fotosu dərc edilib.

Türkiyə mediasının məlumatına görə, bu il ADF2026 forumunda iştirak etmək üçün 150-dən çox ölkədən nümayəndə heyətləri gələcək. İştirakçılar arasında 20-dən çox dövlət və hökumət başçısı, 15-ə yaxın vitse-prezident, eləcə də böyük əksəriyyəti xarici siyasət idarələrinə rəhbərlik edən 50-dən çox nazir elan edilib. Ümumilikdə forum beynəlxalq təşkilatların rəhbərləri də daxil olmaqla, beş minə yaxın qonağı qəbul edəcək.

ADF2026 çərçivəsində 40-dan çox müxtəlif tədbir və sessiya planlaşdırılıb. Müzakirələr yalnız siyasi və regional məsələlərə deyil, həm də qlobal transformasiyanın iqtisadi, ekoloji və texnoloji aspektlərinə toxunacaq.

Oxşar xəbərlər

Antalyada 140 ölkədən rəsmilər diplomatiyanın bərpasını müzakirə edəcəklər
Baku TV: Antalya Diplomatiya Forumunda aktual beynəlxalq məsələlər müzakirə olunacaq
Baku TV: Antalya Diplomatiya Forumunda aktual beynəlxalq məsələlər müzakirə edilir
Həştərxanda keçiriləcək Media Forumda bütün Xəzəryanı ölkələrin nümayəndə heyətləri iştirak edəcək
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyədə işgüzar səfərdədir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər