sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Qazaxıstanda 5,8 bal gücündə zəlzələ qeydə alınıb
Qazaxıstanın seysmik stansiyalar şəbəkəsi avqustun 2-də saat 23:15-də (Bakı vaxtı ilə 22:15) Şərqi Qazaxıstan vilayətində 5,8 bal gücündə zəlzələ qeydə alıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, zəlzələnin episentri Almatıdan 859 km şimal-şərqdə Qazaxıstan ərazisində (Şərqi Qazaxıstan vilayəti) yerləşib.
Yeraltı təkanlar Ust-Kamenoqorskda iki-üç bal gücündə hiss olunub. Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Oxşar xəbərlər
Türkiyədə 4,2 bal gücündə zəlzələ oldu
İranda zəlzələ baş verib
Azərbaycanda 4.5 gücündə zəlzələ olub
Gürcüstanda zəlzələ olub, Azərbaycanda da hiss edilib
İndoneziyada güclü zəlzələ baş verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













