"Reuters": İran danışıqlarda əsas müzakirəçi kimi Vensə bel bağlayır
sizinxeber.az xəbər saytı

"Reuters": İran danışıqlarda əsas müzakirəçi kimi Vensə bel bağlayır


ABŞ-nin vitse-prezidenti Cey Di Vens şənbə İslamabada səfəri İranın hazırkı hakimiyyətinə sərf edir.

Report xəbər verir ki, bu barədə vəziyyətlə tanış olan bir neçə mənbəyə istinadən "Reuters" agentliyi məlumat yayıb.

"Cey Di Vens İran rəsmiləri ilə danışıqlar aparmaq üçün şənbə günü İslamabada gəlsə, bu, Tehranın hakimiyyətdə qalan liderlərinin arzusunu reallaşdıracaq". – mənbə bildirilib və əlavə edib ki, bəzi iranlılar müharibənin dayandırılması üzrə danışıqlarda aparıcı rolu ABŞ vitse-prezidentinin öz üzərinə götürməsinin tərəfdarıdır.

Danışıqların gedişatından xəbərdar olan bir regional rəsminin və dörd nəfərin sözlərinə görə, İran Vensə Prezident Donald Trampın yaxın əhatəsində ən böyük müharibə əleyhdarından biri kimi baxır.

Onun bu siyasi imici Tehranı belə bir qənaətə gətirib ki, Trampın ən yaxın tərəfdaşları arasında məhz Vens ədalətli razılaşma əldə etməyə çalışacaq.

Vensin danışıqlar uğursuz olacağı təqdirdə ABŞ-nin bombardman kampaniyasını bərpa edəcəyi ilə hədələyən Trampın göndərə biləcəyi hər hansı digər nümayəndədən daha çox güzəştə gedən mövqe tutacağına dair heç bir əlamət yoxdur.

Ağ Ev nümayəndəsi bildirib ki, danışıqlar üçün Vensi Pakistana göndərmək qərarı müstəsna olaraq Trampa aiddir və razılaşmanın hansı şərtlərinin məqbul olması barədə yekun qərarı məhz Prezident verəcək.

Oxşar xəbərlər

İranla danışıqlarda ABŞ-ni Vens, Uitkoff və Kuşner təmsil edəcək
KİV: İran nümayəndə heyəti ABŞ ilə danışıqlar aparmaq üçün Pakistana gəlib
Vens və Qalibaf İslamabaddakı İran-ABŞ danışıqlarına başçılıq edəcək
Tramp Vensə Maskı tənqid etməyi yasaqlayıb
"Axios": Vens və Netanyahu İranla danışıqların şərtlərini müzakirə ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər