Tramp Vensə Maskı tənqid etməyi yasaqlayıb
ABŞ Prezidenti Donald Tramp körpüləri yandırmamaq üçün vitse-prezident Cey Di Vensə sahibkar İlon Maskı tənqid etməyi yasaqlayıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “The Washington Post” (WP) qəzeti məlumat yayıb.
Bildirilib ki, dövlət başçısı Vensə “ictimai şəkildə özünü necə aparmasında diplomatik olmağı” məsləhət görüb, Mask və onun Trampla son mübahisəsi ilə bağlı sosial şəbəkələrdəki ifadələrini nəzərdə tutub.
“Tramp Vensin kəskin cavabının vəziyyəti gərginləşdirməsini istəmirdi – bu strategiya körpüləri yenidən qurmaq üçün imkan saxlayırdı”, – qəzet yazır.
Daha əvvəl bildirilmişdi ki, Ağ ev Trampı və Maskı dəstəkləyən yüksəkvəzifəli məmurlardan münaqişədə tərəf seçməyi tələb etməyə başlayıb.
Oxşar xəbərlər
Tramp və İlon Mask arasında münasibətlər gərginləşir
Mask Trampın impiçmentini dəstəkləyib
Tramp Maskın dövlət qulluğundan gedəcəyini elan edib
Fransa XİN başçısı: Tramp ilə Maskın yola getməyəcəyi bəlli idi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
