Qazaxıstan Azərbaycan və Özbəkistanla "yaşıl enerji" haqqında sazişi ratifikasiya edib
sizinxeber.az xəbər saytı

Qazaxıstan Azərbaycan və Özbəkistanla "yaşıl enerji" haqqında sazişi ratifikasiya edib


Qazaxıstan parlamentinin Senatı aprelin 9-u keçirilən plenar iclasda "Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası arasında "yaşıl enerji"nin istehsalı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında sazişin ratifikasiya edilməsi barədə" qanunu təsdiqləyib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Qazaxıstan KİV-i məlumat yayıb.

Qazaxıstan, Azərbaycan və Özbəkistan təmiz hidrogenin istehsalı və ticarəti üzrə birgə layihələr həyata keçirə biləcək, həmçinin "yaşıl enerji"nin Avropaya və digər regionlara ixracı üçün infrastrukturu inkişaf etdirəcəklər.

Sənəd imzalanmaq üçün Qazaxıstan prezidentinə göndərilib.

Müzakirələr zamanı parlament Senatının sədri Maulen Aşimbayev bildirib ki, onun səmərəliliyini artırmaq üçün ölkələr tərəfindən xüsusi Rəhbər komitənin və işçi qrupunun yaradılması nəzərdə tutulub.

"Ümid edirik ki, sənəd Qazaxıstanda bərpa olunan energetikanın inkişafına və bu istiqamətdə regional əməkdaşlığın möhkəmlənməsinə töhfə verəcək... Tərəflər müntəzəm məlumat mübadiləsini təmin etməyi və texniki nasazlıqlar barədə məlumat verməyi öhdələrinə götürürlər. Saziş atom enerjisindən istifadə obyektlərinin monitorinqinə şamil olunmur", - o qeyd edib.

Oxşar xəbərlər

MM Azərbaycan, Qazaxıstan və Özbəkistan arasındakı yaşıl enerji sahəsində tərəfdaşlıq sazişini ratifikasiya edib
Elnur Məmmədov: "Yaşıl Enerji Dəhlizi" sazişinin ratifikasiyası Xəzərdə əməkdaşlıq üçün mühümdür"
Pərviz Şahbazov: “Bakı, Astana və Daşkənd COP29 çərçivəsində enerji sahəsində Saziş imzalayacaq”
Nazir: "Azərbaycan-Qazaxıstan-Özbəkistan sazişi Orta Dəhliz anlayışını "yaşıl enerji" sahəsində də genişləndirəcək"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər