Ərdoğan Makronla Azərbaycan və Ermənistan arasındakı Vaşinqton sammitini müzakirə edib - YENİLƏNİB
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Fransa Prezidenti Emmanuel Makron Azərbaycan və Ermənistan arasında 8 avqustda Vaşinqton sammiti çərçivəsində əldə edilmiş razılaşmaları müzakirə ediblər.
"Sizinxeber.az"un məlumatına görə, bu barədə Fransa prezidenti Emmanuel Makron "X" sosial şəbəkəsində məlumat verib.
"ABŞ Prezidenti Donald Trampın 8 avqustda keçirdiyi Ermənistan və Azərbaycan arasındakı görüşü və yaranan ümidləri müzakirə etdik. Bütün sərhədlərin yenidən açılmasına və regional əməkdaşlığın gücləndirilməsinə imkan verəcək irəliləyişin davam etməsi vacibdir", - deyə Makron Rəcəb Tayyib Ərdoğanla telefon danışığının nəticələri barədə yazıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi "X" sosial media hesabında məlumat yayıb.
Bildirilib ki, liderlər iki ölkə arasındakı əlaqələr, Rusiya və Ukrayna arasındakı sülh prosesi, Qəzzadakı son vəziyyət başda olmaqla bir çox regional və qlobal məsələləri müzakirə ediblər.
Ərdoğan Ukrayna - Rusiya müharibəsinin ədalətli sülhlə başa çatdırılması üçün Türkiyənin səylərini davam etdirdiyini, Alyaska və Vaşinqtondakı təmasları yaxından izlədiklərini bildirib.
Türkiyə lideri ölkəsinin Ukrayna ilə Rusiya arasında sülh danışıqlarında hər cür səylərə ev sahibliyi etməyə hazır olduğunu da vurğulayıb.
Söhbət zamanı Rəcəb Tayyib Ərdoğan böyük bir humanitar fəlakətin yaşandığı Qəzzada atəşkəsin təmin olunması üçün Türkiyənin çalışdığını qeyd edib.
Oxşar xəbərlər
Makronla Ərdoğan Qəzzadakı vəziyyəti müzakirə ediblər
Ərdoğan Makronla regional və qlobal məsələləri müzakirə edib
Türkiyə və Fransa prezidentləri arasında telefon danışığı olub
Ərdoğanla Makron regional məsələləri müzakirə ediblər
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda bu ailələr yeni mənzillərlə təmin olunacaq
-
Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU
-
Vəfat etmiş şəxsin pensiya kapitalı vərəsələrinə veriləcək? - AÇIQLAMA
-
Restoranlarda müştəriləri soymağın yeni üsulu: İstədikləri qədər haqq tələb edirlər
-
Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? VİDEO
-
"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO












