İsmayıl Haniyə xarici dövlətin ərazisindən atılan raketlə öldürülüb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

İsmayıl Haniyə xarici dövlətin ərazisindən atılan raketlə öldürülüb - YENİLƏNİB


HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə öldürülən zaman Tehranın şimalında veteranlar üçün nəzərdə tutulmuş xüsusi iqamətgahda olub.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə İranın “Fars” agentliyi məlumat yayıb.

Bildirilib ki, bina yerli vaxtla saat 02:00-da havadan vurulub.

Agentliyin məlumatına görə, raket İrandan deyil, xarici dövlətin ərazisindən atılıb.

07:19

HƏMAS lideri İsmayıl Haniyə İranın paytaxtı Tehran şəhərində öldürülüb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu məlumat yayıb.

Belə ki, bu gün səhər saatlarında HƏMAS rəhbərinin Tehrandakı iqamətgahı raket atəşinə tutulub. Qeyd olunub ki, təkcə Haniyə deyil, onun mühafizəçilərindən biri də öldürülüb. Hadisə ilə bağlı araşdırma aparılır.

Hadisə ilə bağlı HƏMAS bəyanat yayaraq hərəkatın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin İsrailin hücumu nəticəsində öldüyünü bildirib.

Xatırladaq ki, 13 iyul 2024-cü ildə İsrailin Baş naziri Benyamin Netanyahu bütün HƏMAS rəhbərliyini hədələmişdi.

Oxşar xəbərlər

İranda HƏMAS liderinin öldürülməsindən sonra fövqəladə iclas keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
HƏMAS lideri İsmayıl Həniyyə Tehranda öldürülüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran HƏMAS liderinin Tehranda öldürülməsinə münasibət bildirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İranın Təhlükəsizlik Şurası Haniyənin ölümünə görə qisas alınacağını bəyan edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran XİN: Haniyənin qanı yerdə qalmayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər