Ukrayna ərazilərinin bir hissəsini Rusiyaya vermək məsələsini nəzərdən keçirmir
sizinxeber.az xəbər saytı

Ukrayna ərazilərinin bir hissəsini Rusiyaya vermək məsələsini nəzərdən keçirmir


Ukrayna müharibənin başa çatması müqabilində ərazilərinin bir hissəsinin Rusiyaya verilməsini nəzərdə tutan ssenariləri müzakirə etmir.

“Report” Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa çexiyalı həmkarı Yan Lipavski ilə birgə mətbuat konfransında bildirib.

"Prezident Volodimir Zelenski artıq açıq şəkildə cavabı təqdim edib, bu, Ukrayna Konstitusiyasıdır", - o qeyd edib.

Nazirin sözlərinə görə, Ukrayna BMT Nizamnaməsinə və beynəlxalq hüquq normalarına əsaslanan ədalətli, hərtərəfli və davamlı sülhə can atır.

A.Sibiqa vurğulayıb ki, indiki mərhələdə atəşkəs rejiminin tətbiq edilməsi prioritetdir və bu, gələcək danışıqların təməli olacaq.

O xatırladıb ki, beş ay əvvəl Ukrayna ABŞ Prezidenti Donald Trampın qeyd-şərtsiz atəşkəs təklifini qəbul edib və indi Rusiyanın da bu addımı atmasını gözləyir.

Oxşar xəbərlər

Andrey Sibiqa: Ukrayna bu il Rusiya ilə münaqişəyə son qoymaqda maraqlıdır
Ukrayna XİN başçısı: Zelenski və Putinin görüşü hazırlanır
Ukrayna XİN başçısı Avropa diplomatiyasının rəhbəri ilə nizamlanma məsələlərini müzakirə edib
Meloni və Zelenski Trampın Ukrayna ilə bağlı sülh səylərini dəstəkləyiblər
Zelenski Londonda Ukrayna ilə bağlı görüşün tarixini açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər