TBMM sədri parlament müxalifəti ilə konstitusiya dəyişikliklərinin müzakirəsinə başlayıb
Türkiyə parlamentinin rəhbərliyi ölkə konstitusiyasına nəzərdə tutulan dəyişikliklərlə əlaqədar TBMM-də təmsil olunan müxalifət partiyaları ilə məsləhətləşmələrə start verib.
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş parlamentdəki müxalifət partiyaları ilə müzakirələrə başlayıb.
Məlumata görə, başlanan müzakirələr parlamentin tətildə olduğu müddətdə də davam etdiriləcək. Qeyd edilir ki, müzakirələrin yekununda əldə olunan nəticələr dəyərləndiriləcək və “yol xəritəsi” hazırlanacaq.
Bildirilib ki, konstitusiya dəyişiklikləri ilə əlaqədar müzakirələrdə əsas diqqət insan hüquq və azadlıqlarının möhkəmləndirilməsinə yönələcək.
Bu məsələ ilə bağlı hakim AK Partiya ilə Milliyyətçi Hərəkat Partiyasının (MHP) birgə komissiya yaratması nəzərdə tutulur.
Oxşar xəbərlər
TBMM sədri: "Can Azərbaycanla əməkdaşlığımız daim davam edəcək”
Numan Kurtulmuş: Türkiyə Şimali Kiprin müstəqilliyinin tanınması üçün səylərini davam etdirəcək
TBMM sədri: “Bəzi lobbilər Azərbaycanın qələbəsinə kölgə salmaq üçün kampaniya aparırlar”
TBMM sədri: “Ukraynadakı münaqişə dünya müharibəsinə çevrilə bilər”
Hindistanda parlamentin 92 deputatı iclaslardan kənarlaşdırılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













