İran İsraillə atəşkəsin pozula biləcəyini istisna etmir
İran İsraillə atəşkəsin pozula biləcəyini istisna etmir.
“Report” xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Məcid Taxt-Ravançi “Habertürk”ə müsahibəsində deyib.
O bildirib ki, ABŞ-nin İsrailin İrana hücum etməsinə icazə verməsi və ardınca öz hücumları Tehranda inamsızlıq yaradıb: “İndi atəşkəs davam edir. Bu, yaxşıdır. Biz vəziyyətin gərginləşməsini istəmirik, amma eyni zamanda şəhərlərimizi, mülki insanlarımızı qorumaq üçün nə lazımdırsa, edərik”.
Nazir müavininin fikrincə, İsrailə qarşı həmrəylik gücləndirilməli, ABŞ-yə təzyiqlər artırılmalıdır: “Çünki İsrailə əsas dəstək göstərən güc ABŞ-dir. ABŞ-nin İsrailə hərbi dəstəyini dayandırması, onu BMT-nin Təhlükəsizlik Şurasında qorumaması üçün təzyiq göstərilməlidir. Əks halda rəsmi Təl-Əviv başqa ölkələrə də hücum edə bilər. Bu, bütün region üçün son dərəcə təhlükəli ssenaridir”.
Oxşar xəbərlər
İran limandakı partlayışın təxribat ola biləcəyini istisna etmir
İran ABŞ ilə müzakirələrin bərpası üçün şərtlərini açıqlayıb
İran Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən çıxacağını istisna etmir
İran Xarici İşlər Nazirliyi ABŞ və ya İsraillə danışıqları istisna edib
Almaniya XİN İsrailə silah tədarükünün məhdudlaşdırılmasını istisna etmir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













