İran ABŞ ilə müzakirələrin bərpası üçün şərtlərini açıqlayıb
sizinxeber.az xəbər saytı

İran ABŞ ilə müzakirələrin bərpası üçün şərtlərini açıqlayıb


İran ABŞ ilə müzakirələrin bərpa olunması üçün şərtlərini açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Məcid Taxt-Ravançi “Habertürk”ə müsahibəsində deyib.

O bildirib ki, hazırda Tehran və Vaşinqton vasitəçi ölkələrin köməyi ilə qarşılıqlı mesajlar ötürür: “Omanın vasitəçiliyi ilə müzakirələr gedirdi. Amma əvvəl İsrailin, sonra ABŞ-nin hücumları ilə üzləşdik. Bu hücumlar müzakirələrin davam etdiyi vaxta təsadüf etdi. Yəni diplomatiya xəyanətə uğradı. Bu, diplomatiyaya qarşı hücum idi”.

Nazir müavini söyləyib ki, yeni müzakirələr başlamazdan əvvəl oxşar hücumların olmayacağına dair zəmanətə ehtiyac var: “Diplomatiyaya yenidən xəyanət edilməməsi bizim üçün çox vacibdir. İsrail və ABŞ öz hücumları ilə bizi heyrətləndirdi. Eyni ssenarinin təkrarlanmasını istəmirik. ABŞ bizi əmin etməlidir ki, yenə eyni addımı atmayacaq”.

M.Taxt-Ravançinin sözlərinə görə, müzakirələr "qazan-qazan" prinsipi ilə baş tutmalıdır: “Tərəflərin hər ikisi nə isə əldə etdiklərini hiss etməlidir. ABŞ-nin hansısa diktəsini qəbul edə bilmərik. Odur ki, müzakirələrin davam edəcəyinə, həmçinin ABŞ-nin iradəsini diktə etməyəcəyinə əmin olmadan həqiqi dialoqa başlamarıq. Bu müzakirələri sadəcə “dialoq aparırıq” demək üçün istəmirik. Dialoq hər iki tərəfi də razı salacaq nəticə ortaya qoymalıdır. Dediyim kimi, müzakirələr davam edərkən hansısa hərbi hücumlarla yenidən heyrətlənmək istəmirik”.

Oxşar xəbərlər

İran ABŞ ilə danışıqların bərpası üçün şərtini açıqlayıb
İran XİN: ABŞ-nin hücumlarını cavabsız qoymayacağıq
Tehran ABŞ-nin danışıqları yenidən başlamaq istəyi haqqında məlumat alıb
Əraqçi: ABŞ danışıqlara qayıtmaq istəyirsə, hücumları dayandırmalıdır
İran XİN: Vaşinqton Tehrana qarşı güc tətbiq etmək imkanından imtina etməlidir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər