Almaniya XİN İsrailə silah tədarükünün məhdudlaşdırılmasını istisna etmir » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
24 
iy
2025
03:30
0
0
1 422
ff aaaaaaa

Almaniya XİN İsrailə silah tədarükünün məhdudlaşdırılmasını istisna etmir

24 iy, 2025
03:30
1 422

Almaniya XİN İsrailə silah tədarükünün məhdudlaşdırılmasını istisna etmir

Almaniyanın xarici işlər naziri İohann Vodeful İsrailə silah tədarükünün məhdudlaşdırılmasını istisna etmir.

"Report" xəbər verir ki, o, bu barədə "Die Zeit" qəzetinə müsahibəsində deyib.

"Mən həmişə demişəm ki, prinsipcə biz İsrailə silah veririk. Əvvəlki Almaniya hökuməti təchizatı azaldıb, bunu o zaman düzgün hesab etmirdim. Almaniyanın birinci kansleri Konrad Adenauerdən başlayaraq, bütün hökumətlər İsraili silahla təmin edib və biz, əlbəttə ki, bunu davam etdirəcəyik", - Vadeful deyib.

Onun sözlərinə görə, Almaniyanın bu dəstəyi açıq şəkildə İsrailin mövcud olmaq hüququna sadiqliyindən irəli gəlir.

Daha əvvəl DPA agentliyi xəbər verib ki, Almaniya hökuməti 2023-cü il oktyabrın 7-dən 2025-ci il mayın 13-dək İsrailə 485,1 milyon avroluq silah və hərbi malların tədarükünü təsdiqləyib.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul