Paşinyan separatçıların binasının müsadirəsi barədə: Ermənistanda ikinci dövlət olmayacaq
Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında ölkə ərazisində ikinci dövlətin mövcudluğuna icazə verməyəcəyini bəyan edib.
“Sizinxeber.az”un yerli KİV-ə istinadən verdiyi məlumata görə, bu bəyanat bu gün Qarabağdakı keçmiş separatçı rejimin "nümayəndəliyi"nin binasının müsadirəsi ilə bağlı Baş Prokurorluğun təşəbbüsü fonunda səslənib.
"Mən açıq şəkildə dedim ki, Ermənistanda ikinci dövlətin mövcudluğuna icazə verə bilmərəm. Bunu əvvəllər də demişdim və ümid edirdim ki, bu mesaj başa düşüləcək. Bir, iki, üç... Dövlət tədbirlər görməlidir", - o bildirib.
N.Paşinyanın sözlərinə görə, bu əmlak Ermənistanın mülkiyyətində olmalıdır.
Qeyd edək ki, Ermənistan Baş Prokurorluğu bu binanın mülkiyyət hüququnun dövlət qeydiyyatının etibarsız sayılması tələbi ilə Kadastr Komitəsinə qarşı məhkəmə iddiası qaldırıb.
Oxşar xəbərlər
Paşinyan keçmiş separatçıların şərtləri ilə ermənilərin Qarabağa qayıtmasını real saymır
Paşinyan: Ermənistanın Türkiyə ilə barışmaqdan başqa alternativi yoxdur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Arka sokaklar"ın bütün aktyorları "öldü"
-
"Uşaqlara əxlaqsız təkliflər olunur" - Təhlükə saçan "Sugo" proqramı nədir? - VİDEO
-
Rusiya Ermənistandan bir sıra tərəvəz və giləmeyvələrin idxalını məhdudlaşdırıb
-
ABŞ və Kuba hərbi komandanlığı əməliyyat təhlükəsizliyini müzakirə ediblər
-
Kiyevdə ardıcıl partlayışlar oldu
-
Azərbaycan millisinin futbolçusu Rəvan Kərimov: "Hər oyuna qələbə üçün çıxırıq"
