İrəvanda həbs edilmiş iş adamı Karapetyanın 10 tərəfdarı saxlanılıb - YENİLƏNİB
Ermənistanda güc strukturları həbs edilmiş iş adamı Samvel Karapetyanın 10 tərəfdarını saxlayıb.
“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-i vəkil Lusine Martirosyana istinadən məlumat yayıb.
Saxlanılmanın ilkin səbəbi sosial şəbəkələrdə dərc edilmiş yazılar, ehtimal ki, kütləvi yığıncaqlarda iştirak etmələri ilə bağlıdır.
Həmçinin, "Ermənistan Elektrik Şəbəkələri" QSC-nin filiallarından birinin baş mühəndisi də həbs edilib.
Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Kima Avdalyan bu gün bildirib ki, "Ermənistan Elektrik Şəbəkələri" QSC-nin baş ofisində əməliyyat aparılır.
Ermənistan İstintaq Komitəsi eyni vaxtda 51 ünvanda axtarış aparır.
"Report" xəbər verir ki, bu barədə İstintaq Komitəsinin məlumatında bildirilib.
Qeyd olunub ki, bu, bir sıra şirkətlərin faktiki rəhbərlərinin xüsusilə iri həcmdə pulların yuyulmasını həyata keçirmələri, mənimsəmə və vergilərdən yayınmaları ilə bağlıdır. 11 nəfər barəsində cinayət təqibi başlanıb: onlardan 5-i həbs edilib, 1-i ölkədən çıxmamaq barədə iltizam alıb, 1-i saxlanılıb, daha 4 nəfər axtarışdadır.
Məlumata görə, bütün bu addımlar "Ermənistan Elektrik Şəbəkələri" QSC-nin baş ofisində aparılan axtarışla əlaqədardır.
Oxşar xəbərlər
"Taşir qrup"un İrəvandakı ofisində axtarış aparılır
Paşinyan "Elseti"in bütün əməkdaşlarını işdən çıxarmaqla hədələyib
Apellyasiya Məhkəməsi Karapetyanın həbsi qərarını qüvvədə saxlayıb
Paşinyan: "Ermənistan Elektrik Şəbəkələri"nin milliləşdirilməsi layihəsi hazırdır
Karapetyan cəzaçəkmə müəssisəsinə köçürülüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













