Ukrayna kəşfiyyatı: Moskva Bakı ilə gərginlik fonunda Ermənistanda hərbi mövcudluğunu gücləndirir
Kreml Cənubi Qafqaz ölkələrinə hərbi-siyasi təzyiqi artırmaq məqsədi ilə Ermənistanın Gümrü şəhərindəki hərbi bazasında şəxsi heyətin sayını artırır.
“Report” xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin teleqram kanalında bildirilib.
"Şəxsi heyətlər Rusiya Silahlı Qüvvələrinin Rostov və Volqoqrad vilayətlərində, eləcə də müvəqqəti işğal olunmuş Krımda xidmət edən hərbçiləri arasından cəlb olunur. Bundan əlavə, Rusiya fəal şəkildə Qafqazın əsarətində olan xalqlarının, xüsusən də Şimali Osetiya və Adıgey nümayəndələri arasında könüllülər axtarır", Baş Kəşfiyyat İdarəsinin məlumatında bildirilir.
Güc strukturunun nümayəndəsi Andrey Yusovun sözlərinə görə, Rusiya qoşunlarının Ermənistanda yerləşdirilməsi Kremlin qlobal təhlükəsizlik vəziyyətinin sabitliyini pozmağa yönəlmiş hərtərəfli strategiyasının elementidir: "Millətlərarası münaqişənin qızışdırılması ilə yanaşı, Moskva Qafqazda hərbi mövcudluğunu artırır. Çox güman ki, Azərbaycanla Rusiya arasında münasibətlərin korlanması əvvəlcədən hazırlanıb".
Oxşar xəbərlər
Cənubi Koreya kəşfiyyatı Rusiya-Ukrayna müharibəsində ölən Şimali Koreya əsgərlərinin sayını açıqlayıb
KİV: Rusiya Şimali Koreyanın Cənubi Koreya ilə müharibəsində kömək edəcək
Rusiya və Pakistan hərbçiləri birgə taktiki təlimlər keçirir
Pentaqon rəsmisi ABŞ və Rusiya arasında birbaşa münaqişənin olacağını güman edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstifadə edilməmiş məzuniyyətə görə nə qədər PUL VERİLİR? VACİB MƏQAM
-
Bu qadınlar pensiyaya 60 yaşında çıxsın - Təklif
-
"Milan" rəhbərliyi idarəetmə strukturunda dəyişikliklər planlaşdırır
-
İlham Əliyev Si Cinpinə başsağlığı verib
-
"Mançester Yunayted" Brunu Fernandeşlə yeni müqavilə üçün danışıqlara başlayıb
-
Rusiya ordusu Xarkova zərbələr endirib: ölənlər və yaralananlar var
