Qrossi: İran aylar ərzində uranın zənginləşdirilməsini bərpa edə bilər » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
29 
in
2025
08:00

Qrossi: İran aylar ərzində uranın zənginləşdirilməsini bərpa edə bilər

29 in, 2025
08:00
554

Qrossi: İran aylar ərzində uranın zənginləşdirilməsini bərpa edə bilər

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi hesab edir ki, İran nüvə proqramının bəzi komponentlərini saxlayıb və bir neçə ay ərzində uranın zənginləşdirilməsini bərpa edə bilər.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Qrossi “CBS” teleşirkətinə müsahibəsində danışıb.

ABŞ və İsrailin zərbələrindən sonra İranın nüvə proqramının hansı komponentlərini saxladığı barədə danışan Qrossi deyib:

“Düzünü desəm, hər şey yoxa çıxıb və heç nə qalmayıb deyə bilməzsiniz. Aydındır ki, ciddi ziyan vurulub, amma birincisi, bu, tam zərər deyil. İkincisi, İranın potensialı var. Sənaye və texnoloji potensialı var. Əgər istəsələr, bu işə yenidən başlaya bilərlər”.

Bizimlə əlaqə saxlayın