Türkiyədəki yanğınların əksəriyyəti nəzarət altına alınıb
Türkiyənin 111 müxtəlif ərazisində yanğın davam edir.
“Sizinxeber.az” “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzindən bildirilib.
Qeyd olunub ki, yanğınlardan 106-sı nəzarət altına alınıb.
Daha beş yanğının söndürülməsi istiqamətində işlər davam edir.
Başqa bir məlumata görə isə Türkiyənin Biləcik şəhərində yanğın nəzarətdən çıxır.
Qeyd olunub ki, sakinlər təlaş içində kəndlərdən çıxırlar. 300 sakin təxliyə olunub. İki məhəllə isə tamamilə boşaldılıb.
Meşə və kənd təsərrüfatı naziri İbrahim Yumaklı isə söyləyib ki, Sakarya və Biləcik şəhərlərində 16 kənd təxliyə edilib, üç çübhəli saxlanılıb.
Biləcik valisi Faik Oktay jurnalistlərə açıqlamasında söyləyib ki, yanğınların söndürülməsi istiqamətində işlər davam edir. Onun sözlərinə görə, külək yanğının söndürülməsi istiqamətində işləri çətinləşdirir.
Oxşar xəbərlər
Türkiyədə bütün meşə yanğınları nəzarət altına alınıb
Türkiyədə meşə yanır, helikopter və təyyarələr cəlb olunub
İzmirin iki bölgəsində meşə yanır, əraziyə dörd təyyarə və səkkiz helikopter cəlb olunub
Azərbaycanın yanğınsöndürmə təyyarəsi az sonra Türkiyənin hava limanına enəcək
Türkiyədə meşə yanğınları ilə bağlı 6 nəfər saxlanılıb, daha 3-ü axtarışa verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













