İzmirin iki bölgəsində meşə yanır, əraziyə dörd təyyarə və səkkiz helikopter cəlb olunub
sizinxeber.az xəbər saytı

İzmirin iki bölgəsində meşə yanır, əraziyə dörd təyyarə və səkkiz helikopter cəlb olunub


Türkiyənin İzmir vilayətinin iki bölgəsində meşə yanır.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, hadisə Urla və Çeşmə rayonlarında qeydə alınıb.

Hər iki yanğının söndürülməsi istiqamətində işlər görülür.

Urladakı yanğının söndürülməsinə bir təyyarə, səkkiz helikopter, 25 suçiləyici, beş su təchizatı texnikası, üç dozer və bir briqada cəlb olunub. Yanğın yaşayış yerlərinə yaxın yerdə baş verdiyindən, yanğınsöndürənlər intensiv fəaliyyət göstərirlər.

Məlumata görə, Urla rayonundakı 11 ev təxliyə edilib, çadırda qalanlar isə ərazidən uzaqlaşdırılıb.

Çeşmədəki yanğının söndürülməsi üçün isə üç təyyarə, beş suçiləyici cəlb olunub.

Oxşar xəbərlər

Türkiyədə meşə yanır, əraziyə dörd helikopter və PUA cəlb olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyənin iki vilayətində meşə yanır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyədə iki fabrikdə başlayan yanğının miqyası genişlənib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyədə fabriklərdə başlayan yanğın söndürülüb - YENİLƏNİB-2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda çoxmərtəbəli yaşayış binası yanır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər