sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Rusiyada təyyarələr hava limanında toqquşub
Rusiyanın cənubunda, Soçi hava limanında iki təyyarə uçuş-enmə zolağında toqquşub.
“Report” xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Cənub Nəqliyyat Prokurorluğu məlumat yayıb.
Məlumata görə, Tümenə uçan təyyarə Norilskdən gələn təyyarə ilə uçuş-enmə zolağında toqquşub. Sərnişinlər, ekipaj üzvləri və xidmət personal xəsarət almayıb.
Aviasiya qəzası ilə bağlı Soçi Nəqliyyat Prokurorluğu araşdırma aparır. Heyət uçuş təhlükəsizliyi qanunvericiliyinə əməl edilib-edilmədiyini qiymətləndirəcək.
İdarənin təqdim etdiyi fotoşəkillərdən görünür ki, toqquşma nəticəsində təyyarənin qanadının bir hissəsi qoparaq digərinin stabilizatorunda ilişib.
Oxşar xəbərlər
KİV: Arizonada iki təyyarə toqquşub, ölən var
Norilsk hava limanında təyyarə uçuş zolağından kənara çıxıb
ABŞ-də hava limanında iki təyyarə toqquşub
ABŞ-nin hava limanında iki təyyarə toqquşub
Kaliforniyada yanğınsöndürən təyyarə PUA ilə toqquşub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













