“Reuters”: İran müdafiə potensialı ilə bağlı danışıqlar aparmağa hazır deyil
sizinxeber.az xəbər saytı

“Reuters”: İran müdafiə potensialı ilə bağlı danışıqlar aparmağa hazır deyil


Tehran öz müdafiə potensialı ilə bağlı danışıqlar aparmağa hazır deyil.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə “Reuters” agentliyinə adı açıqlanmayan yüksək rütbəli İran rəsmisi bildirib.

"İran öz müdafiə potensialı, o cümlədən raket proqramı ilə bağlı danışıqlar aparmayacaq. Sıfır uran zənginləşdirilməsi praktiki olaraq dalana dirənmiş vəziyyətdir", - materialda qeyd olunub.

Mənbə bildirib ki, Cenevrədə keçirilən danışıqlarda "Avroüçlüyün" (Böyük Britaniya, Fransa və Almaniya) xarici işlər nazirlərinin və Avropa İttifaqı (Aİ) diplomatiyasının rəhbəri Kaya Kallasın Tehranın nüvə proqramı ilə bağlı təkliflərinin qeyri-real olmasına baxmayaraq, İran gələn həftə onlara rəsmi cavab verəcək.

O vurğulayıb ki, əgər avropalılar öz təkliflərində israr etməyə davam etsələr, bu, tərəfləri razılaşmanın əldə olunmasına yaxınlaşdırmayacaq.

"İstənilən halda, İran təklifləri Tehranda nəzərdən keçirəcək və növbəti görüşdə öz cavablarını təqdim edəcək", - agentlik onun sözlərini sitat gətirib.

Oxşar xəbərlər

Xamenei: İran ABŞ ilə danışıqlar aparmayacaq
İran və ABŞ nüvə dosyesi üzrə növbəti danışıqlar raundunu hələ razılaşdırmayıblar
KİV: İran uranın zənginləşdirilməsinə məhdudiyyətləri müzakirə etməyə hazırdır
KİV: İran uranın zənginləşdirilməsi səviyyəsini azaltmağa hazırdır
İran ABŞ-nin nüvə proqramı ilə bağlı təklifinə mənfi cavab hazırlayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle