İranda edamlar gizli icra olunur
İranda edamlar demək olar ki, hər gün ciddi məxfilik şəraitində həyata keçirilir.
Axar.az xəbər verir ki, bu barədə “Quardian” hüquq-müdafiə təşkilatlarına və məhbus ailələrinə yaxın mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, bəzi hallarda məhkumların ailələrinə edam barədə yalnız hökm icra edildikdən sonra xəbər verilir, bəzən isə onlara meyitləri təhvil almağa icazə verilmir.
“Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatının hesabatına əsasən, mart ayından bu yana İranda azı 24 nəfər edam edilib. Onlardan altısı iki gün ərzində edam olunub”, - məlumatda qeyd olunub.
Hüquq müdafiəçiləri yanvar ayında baş vermiş hökumət əleyhinə aksiyalarla bağlı saxlanılan və ABŞ-a və İsrailə casusluqda ittiham olunan yüzlərlə məhbusun taleyindən narahat olduqlarını bildiriblər.
Oxşar xəbərlər
2025-ci ilin ilk günündə İranda 15 nəfər edam edilib
İranda bir ildə 997 nəfər edam olunub
İranda son 17 ildə ən çox edam bu ilin oktyabrında icra olunub
İranda azı altı məhbus barəsində edam hökmü icra olunub
İranda iki gündə 11 məhbus edam olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
