Putin qanun imzaladı: Onlar da PUA-ları vuracaq
sizinxeber.az xəbər saytı

Putin qanun imzaladı: Onlar da PUA-ları vuracaq


Rusiya Prezidenti Vladimir Putin ölkənin gömrük orqanlarına pilotsuz uçuş aparatlarına qarşı mübarizə səlahiyyətləri verən qanunu imzalayıb.

Sizinxeber.Az xəbər verir ki, bu barədə "Kommersant" nəşri məlumat yayıb.

Bildirilib ki, artıq Rusiyanın gömrük orqanları qurumun obyektlərinə hücum və ya hücum təhlükəsi olduqda dronların fəaliyyətinin qarşısını almaq hüququ əldə ediblər.

Söhbət hava, sualtı və s. olmaqla istənilən avtomatlaşdırılmış pilotsuz komplekslərdən, eləcə də pilotsuz nəqliyyat vasitələrindən gedir.

Qanun rəsmi şəkildə dərc olunduqdan 30 gün sonra qüvvəyə minir.

Oxşar xəbərlər

Putin Rusiya gömrükçülərinə PUA-ları vurmağa icazə verib
Putin: Rusiya pilotsuz sistemlər qoşunlarını ayrıca bir qoşun növü kimi formalaşdırır
Rusiya PUA-ları Rumıniyanın hava məkanına daxil olub
Baş Qərargah: Rusiya Ukraynaya 251 zərbə dronu ilə hücum edib
Rusiya Ukraynanın 70 pilotsuz təyyarəsini vurub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər