Hörmüzdə gərginlik buna görə yaranıb - İran
sizinxeber.az xəbər saytı

Hörmüzdə gərginlik buna görə yaranıb - İran


Hörmüz boğazında yaranmış vəziyyət ABŞ və İsrailin İrana qarşı apardığı aqressiya səbəbilə baş verib və münaqişə dayandırıldıqdan sonra normallaşacaq.

Axar.az xəbər verir ki, bunu İranın ali dini liderinin Hindistandakı nümayəndəsi Əbdül Məcid Hakim deyib.

Onun sözlərinə görə, Hörmüz boğazı 2026-cı il fevralın 28-dək tam açıq olub və bütün ölkələr bundan faydalanıb:

“Min illərdir açıq olan boğaz İran tərəfindən böyük xərclər hesabına qorunub, heç vaxt problem olmayıb. Hətta düşmən hərbi gəmiləri də oradan keçib. Bölgədə böhran ABŞ və İsrailin başlatdığı münaqişədən sonra yaranıb. Müharibəni başladan tərəf onu da dayandırmalıdır. O zaman hər şey normala dönəcək. Hazırkı vəziyyət bütün tərəflərə zərər vurur və ədalətsiz sanksiya siyasəti qəbulolunmazdır. Bəzi ölkələrdə iqtisadi fəaliyyətin zəifləməsi, zavodların bağlanması və iş saatlarının azaldılması da bu gərginliyin nəticəsidir”.

Oxşar xəbərlər

Naim Qasem: Hörmüz boğazının bağlanması ilə İsrailin Livana hücumları dayandırılıb
Bəqai: İran hələ də müharibə vəziyyətindədir
İran Hörmüz boğazını tamamilə bağlamaqla hədələyib
İran XİN: Hörmüz boğazı ABŞ və onun müttəfiqlərinin gəmiləri istisna olmaqla, hər kəs üçün açıqdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər