ABŞ Rusiyanın 2 diplomatını BMT tədbirinə buraxmadı
ABŞ Rusiya nümayəndə heyətinin üzvünə Nyu Yorkda 27 apreldə başlayan və 8 maya qədər davam edəcək BMT İnformasiya Komitəsinin iclasında iştirak etmək üçün viza verməkdən imtina edib.
Sizinxeber.Az xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya deyib.
Onun sözlərinə görə, viza almaq üçün sənədlər vaxtında təqdim edilib.
O, BMT Katibliyini arbitraj proseduruna başlamaq da daxil olmaqla, “bu qəddar, siyasiləşdirilmiş təcrübəyə son qoymaq üçün” tədbirlər görməyə çağırıb.
Rusiya Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq Departamentinin direktoru Dmitri Biriçevskin isə daha bir rusiyalı diplomatın G20 sammitindən əvvəl Bretton Vuds institutlarının yaz görüşlərindən kənarlaşdırıldığını bildirib.
Oxşar xəbərlər
Rusiyanın BMT-dəki daimi nümayəndəsi: Qərb artıq Ukraynanın Rusiyanın dərinliklərinə zərbələr endirməsinə icazə verib
Nebenzya: Rusiya Ukrayna ilə bağlı ciddi dialoqa hazırdır
Rusiyanın BMT-dəki daimi nümayəndəsi: Trampın komandası Ukrayna ilə bağlı maraqlı heç nə təklif etməyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
