ABŞ-ın bu iddiası yalandır - Tasnim
İran danışıqlar aparmaq üçün ABŞ-a müraciət etməyib.
Sizinxeber.Az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Bildirilib ki, Ağ Ev sözçüsü Karolina Levittin İran rəsmilərinin ABŞ ilə təmasa keçərək Pakistanda birbaşa danışıqlar tələbi irəli sürməsi iddiaları yalandır.
"Levittin bu bəyanatları açıq-aşkar yalandır və vəziyyətin təhrif edilməsidir. İran amerikalılarla danışıqlar üçün heç bir müraciət etməyib və əksinə, amerikalıların müzakirə tələblərini onların həddindən artıq tələbkarlığına görə indiyədək tamamilə rədd edib".
Qeyd edək ki, daha əvvəl Amerikanın "Axios" portalı aprelin 27-də İslamabadda İran və ABŞ arasında danışıqların növbəti raundunun keçiriləcəyi barədə məlumat yayıb.
Oxşar xəbərlər
"Tasnim": İran danışıqlar aparmaq üçün ABŞ-yə müraciət etməyib
Axios: ABŞ və İran arasında ikinci danışıqlar raundunun Romada keçirilməsi mümkündür
ABŞ və İran arasında danışıqların növbəti raundu başladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
