sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Azərbaycanlı alpinist 9-cu yüksək zirvəni fəth etdi
Aprelin 14-də Azərbaycan alpinisti İsrafil Aşurlının da daxil olduğu 5 nəfərlik komanda Himalay dağ silsiləsində yerləşən Annapurna (8091 metr) zirvəsini fəth edib.
Gənclər və İdman Nazirliyindən Axar.az-a verilən məlumata görə, baza düşərgəsindən hərəkətə başlayan alpinistlər dərin qar örtüyü və çətin relyef şəraitində irəliləyərək zirvəyə qalxmaqla bu mövsümün ilk uğurlu çıxışlarını həyata keçiriblər.
Aşurlı zirvəyə qalxan zaman süni oksigen balonundan istifadə etməyib. İdmançı ötən il də zirvələrə süni oksigendən istifadə etmədən qalxmışdı.
Bununla da, İsrafil Aşurlının fəth etdiyi zirvələrin (8000 metrdən yüksək) sayı 9-a çatıb.
Oxşar xəbərlər
Nepallı alpinist Everesti fəth edərək özünə məxsus dünya rekordunu yeniləyib
Nepalda beş rusiyalı alpinist ölüb
Everesti fəth edən Vəfa Musayeva: “Zirvəni özümə müəllim seçdim, çətin yolçuluqda mənə böyük dərslər öyrətdi” - MÜSAHİBƏ
Birbank-ın dəstəyi ilə Vəfa Musayevə bayrağımızı Everest zirvəsinə sancdı
12-ci dəfə dünya çempionu olan azərbaycanlı: "Çox şadam ki, böyük bir zirvəni fəth etdim"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
