Nepallı alpinist Everesti fəth edərək özünə məxsus dünya rekordunu yeniləyib
sizinxeber.az xəbər saytı

Nepallı alpinist Everesti fəth edərək özünə məxsus dünya rekordunu yeniləyib


Nepallı alpinist Kami Rita Şerpa 31-ci dəfə Everesti fəth edərək planetin ən yüksək zirvəsinə qalxma sayına görə özünə məxsus dünya rekordunu yeniləyib.

"Report" xəbər verir ki, bu barədə "Kathmandu Post" qəzeti məlumat yayıb.

55 yaşlı alpinist sabit hava şəraitində çərşənbə axşamı gecə saatlarında zirvəyə çatıb. Dünyanın ən yüksək dağlıq bölgələrindən biri olan Nepalın Solukxumbu bölgəsində yaşayan alpinist ilk dəfə 1994-cü ildə Everesti fəth edib.

Eversti ən çox fəth etmiş ikinciu alpinist isə Pasanq Daua Şerpadır. O, zirvəyə 29 dəfə qalxıb.

Qeyd edək ki, Everesti bu günə qədər 8 mindən çox alpinist fəth edib.

Oxşar xəbərlər

Nepalda beş rusiyalı alpinist ölüb
Everesti fəth edən Vəfa Musayeva: “Zirvəni özümə müəllim seçdim, çətin yolçuluqda mənə böyük dərslər öyrətdi” - MÜSAHİBƏ
Birbank-ın dəstəyi ilə Vəfa Musayevə bayrağımızı Everest zirvəsinə sancdı
İki türk alpinist Rusiyada Elbrus dağında donaraq ölüb
Alpinist ləvazimatlarından istifadə etməklə xilasetmə mövzusunda təlim keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər