Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
sizinxeber.az xəbər saytı

Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı


Avstriyada məşhur "Hipp" markalı uşaq qidası bankalarında siçan zəhəri tapılıb.

Sizinxeber.Az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə Avstriya polisi məlumat yayıb.

Polisin məlumatına görə, Burgenland federal torpağında yerləşən yaşayış məntəqəsində bir alıcı mağazadan şübhəli keyfiyyətə malik tərəvəz püresi alıb. Onun sözlərinə görə, banka artıq açılmış vəziyyətdə olub. Aparılan laborator analizlər nəticəsində bankaların tərkibində siçan zəhəri aşkarlanıb.

Bildirilir ki, həmin bankaların alt hissəsində qırmızı dairə şəklində nişan olub və qapaqlarının qoruyucu plombu zədələnib.

Market rəhbərliyi dərhal bu markaya məxsus məhsulları təkcə Avstriyada deyil, həm də Sloveniya, Macarıstan, Xorvatiya və İtaliyadakı 1 500 supermarketdən geri çağırıb.

"Hipp" şirkəti də uşaq qidası bankalarında zəhərli maddənin izlərinin aşkarlandığını təsdiqləyib. İstehsalçı bildirib ki, hadisə Avstriyada "kənar cinayət müdaxiləsi" nəticəsində baş vermiş ola bilər və bu məhsuldan istifadə etməməyə çağırıb.

Oxşar xəbərlər

Avstriyada mer güllələnərək öldürülüb
Avstriyada merin qətlində şübhəli bilinən şəxsin meyiti aşkarlanıb
"Qarabağ" bu gün Avstriyada sonuncu yoxlama matçını keçirəcək
Avstriyada parlament seçkiləri keçirilir
"Qarabağ" klubu Avstriyada təlim-məşq toplanışında olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər